
İngiltərənin səviyyəcə ikinci liqasında çıxış edən Uelsin "Kardiff Siti" klubu təyyarə qəzasında həlak olan Emiliano Sala ilə bağlı FIFA-nın qərarından razı qalmayıb.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, klub rəhbərliyi qərarla başlı İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz edəcəyini bildirib. Açıqlamada həmçinin qeyd olunub ki, "Kardiff Siti" FIFA-nın qərarından son dərəcə məyusdur və bunu ədalətsiz hesab edir.
Qeyd edək ki, FIFA "Kardiff Siti"nin Emiliano Sala üçün Fransa "Nant"ına 6 milyon avro ödəməli olduğuna dair qərar çıxarıb. Argentinalı oyunçu qış transfer dövründə Fransa təmsilçisinə keçib. O, Uels klubu tarixində ən bahalı transfer olub. Forvard Uelsə yanvarın 21-də axşam saatlarında çarter reysli təyyarə ilə yola düşüb.
Planlaşdırılan enişdən bir saat əvvəl hava gəmisi radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. Daha sonra isə futbolçunun meyiti aşkarlanıb.