Azərbaycan Premyer Liqasının 7-ci turunda "Səbail”lə oyunun (2:1) ilk hissəsində zədələnərək fasilədə əvəzlənən "Neftçi"nin qapıçısı Səlahət Ağayevin durumuna aydınlıq gəlib.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, tibbi baxışın nəticələrinə əsasən, təcrübəli qapıçı pubalgiya (oturaq sümüyünün iltihabı xəstəliyi) diaqnozu ilə bir həftə müalicə olunacaq.
Qeyd edək ki, Ağayev bu mövsüm 13 oyunun hamısında meydana çıxıb. O, zədələndiyi üçün Azərbaycan milllisinin də heyətindən çıxarılıb.