
UEFA Fövqəladə Komissiyası Rusiya və Kosovo komandalarının eyni qrupa salınmaması barədə qərar verib.
“Report”un UEFA-nın rəsmi saytıma istinadən məlumatına görə, qərar qeyri-müəyyən vaxtadək qüvvədə olacaq.
Səbəb kimi iki ölkənin təmsilçiləri arasındakı oyunların keçirilməsi ilə bağlı təhlükəsizlik riskləri göstərilib. 2021-ci ildə keçiriləcək qadınlararası Avropa çempionatının seçmə mərhələsinin oyunlarında Rusiya və Kosovo milli komandalarının qarşılaşması neytral meydanda baş tutacaq.