Azərbaycan I Divizionunda VIII turun "Kəpəz" - "Qarabağ-2" matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, buna referi Etibar Həsənovun 83-cü dəqiqədə təyin etdiyi mübahisəli penalti səbəb olub. O, Gəncə şəhər stadionundakı qarşılaşmada "Qarabağ-2"nin futbolçusunun qapıya gedən zərbənin qarşısını əllə kəsdiyin iddia edib. Nəticədə baş hakimlə qonaq komanda oyunçuları arasında mübahisə yaranıb.
Həsənov "Qarabağ-2"nin futbolçusu Zamiq Əliyevi qeyri-etik ifadə və ya hərəkətə görə meydandan qovub. Referi qırmızı vərəqəni çıxardığı vaxt Ağdam komandasının təzyiqi ilə onu iki dəfə yerə salıb.
Penaltini isə Nodar Məmmədov dəqiq yerinə yetirib. Bununla da "Kəpəz" 1:0 hesablı qələbə qazanıb.