
"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının VIII turunda "Sabah"la ev oyunu zamanı vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Sportnet.az-ın məlumatına görə, bu, "ASCO Arena"da hazırda davam edən matçın 16-cı dəqiqəsində baş verib. Hesabı açan İsgəndərli bununla "Barış pnarı"ndan iştirak edən Türkiyə əsgərlərinə dəstəyini nümayiş etdirib.
Dünən "Neftçi"nin əvəzedici komandasının futbolçusu Əlibəy Məmmədli də I Divizionun VII turunda "Zaqatala"ya vurduğu qolu əsgər salamı ilə qeyd edib.
Xatırladaq ki, Türkiyə millisinin futbolçuları AVRO-2020-nin seçmə mərhələsində Albaniyanı məğlub etdikləri (1:0) və Fransa ilə heç-heçə yekunlaşan (1:1) matçda vurduqları qollardan sonra əsgər salamı veriblər. UEFA həmin məsələyə görə Türkiyə yığmasına qarşı intizam işi açıb.