
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "ASCO Arena"da "Keşlə" "Neftçi"ni qəbul edib.
Gənc referi Vüqar Həsənlinin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 45+1-ci dəqiqədə qonaq komandadan Donald Gerye vurub. Haitili legioner "Neftçi"də ilk qoluna imza atıb.
73-cü dəqiqədə Franko Flores cərimə zərbəsindən sonra Səlahət Ağayevin səhvindən yararlanaraq bərabərlik qolunu vurub. 82-ci dəqiqədə isə Sezar Meza Kolli cərimə zərbəsini dəqiq yerinə yetirib.
Bu qələbədən sonra xallarını 19-a çatdıran "Keşlə" 2-ci pilləyə yüksəlib. 18 xala malik "Neftçi" isə 3-cü pilləyə enib.
----------
Azərbaycan Premyer Liqasında XI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Qəbələ" və "Səbail" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekulaşıb - 3:0. Hər iki topu 22-ci və 45+2-ci dəqiqələrdə Davit Volkov vurub. Bununla da gürcüstanlı hücumçu qollarının sayını 4-ə çatdırıb. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə Ülvü İsgəndərov qoyub.
80-ci dəqiqədə isə "Səbail"in futbolçusu Əli Sadıxov qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
İlk ev qələbəsinə rəğmən, "Qəbələ" 9 xalla sonuncu pillədə qalıb. "Səbail" isə 11 xalla 4-cüdür.
Qeyd edək ki, bu gün saat 17:00-da "ASCO Arena"da "Keşlə" - "Neftçi" matçı start götürəcək. Tura noyabrın 10-da "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Zirə" matçları ilə yekun vurulacaq.
------------------
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Görüşlərdən biri Bakıda, digəri isə Qəbələdə olacaq.
Turun ilk matçında autsayder "Qəbələ" "Səbail"i qəbul edəcək. Əyalət təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Paytaxt komandası isə 11 xalla 5-ci yerdə gedir. Çempionatın ilk dövrəsindəki matç heç-heçə ilə yekunlaşıb - 1:1.
Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. Topların fərqində də "Qəbələ" üstündür - 15:9. Rəqiblər arasındakı son iki oyunda hər iki kollektiv qol vurub. "Qəbələ" öz meydanında "Səbail"ə heç vaxt uduzmayıb.
Günün digər oyununda qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Keşlə" komandaları üz-üzə gələcək. Meydan sahihi flaqman 18 xalla ikinci, "Keşlə" isə 16 xalla üçüncü yerdədir. Birinci dövrədəki matçda qapılara qol vurulmayıb.
Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. "Neftçi" 31, "Keşlə" isə 14 görüşdə meydanı 3 xalla tərk edib. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 90:58. "Keşlə" 5 matçdır ki, rəqibinə qol vura bilmir, əvəzində qonaqlar 7 səfər oyununu qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
XI tur
9 noyabr
15:00. “Qəbələ” – “Səbail” - 3:0
Qollar: Davit Volkov, 22; 45+2. Ülvü İsgəndərov, 90+2
Qırmızı vərəqə: Əli Sadıqov, 80 ("Səbail")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu
17:00. “Keşlə” – “Neftçi” - 2:1
Qollar: Franko Flores, 63. Sezar Meza Kolli, 82 - Donald Gerye, 45+1
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək "Qarabağ" - "Zirə" və "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.