
"Sabahkı görüşün çətin olacağını bilirik. Rəqibin mərhələ adlamaq şansı var. Mənə görə Slovakiya qrupdakı ikinci ən güclü komandadır. Sabahkı matçda vuruşacağıq, əlimizdən gələni edəcəyik ki, xal qazanaq”.
Sportnet.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
Oyunöncəsi mətbuat konfransında qatılan oyunçu məqsədlərinin çətin səfər oyununda xal qazanmaq olduğunu bildirib: “Hamşik kimi futbolçudan Azərbaycan yığmasının müdafiə xətti haqda müsbət fikirlər eşitmək xoşdu. Amma yalnız müdafiədə çıxış edənləri fərqləndirməzdim. Bütün komanda çalışacaq ki, uğur qazanaq. Məqsədimiz qol vurmaq və yaxşı nəticə qazanmaqdı”. (Report)