Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun “Keşlə” və “Sumqayıt” arasında keçiriləcək açılış matçı Elçin Məsiyevə tapşırılıb.
Tura yekun vuracaq “Sabah” – “Qarabağ” dueli isə FIFA referi Əliyar Ağayevə həvalə olunub.
30 noyabr (şənbə)
17:00. “Keşlə” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Qəbələ şəhər stadionu
1 dekabr (bazar)
15:00. “Səbail” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
2 dekabr (bazar ertəsi)
20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əliyev İlham
“Bank Respublika Arena”
Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.