“Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimlərinə başlayıb.
Sportnet.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 14-də və 15-də 2002 - 2012-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.
Tel: 050 290 00 63, 055 511 39 65
Email: recruitment@gabalafc.az
Seçim tarixi:
Qəbələ Şəhər Stadionu
14 dekabr- 2002-2003-2004-2005-2006
15 dekabr - 2007-2008-2009-2010-2011-2012-ci il təvəllüdlü futbolçular
Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.