2020-ci ildə keçiriləcək Amerika Kubokunun püşkü atılıb.
Sportnet.az xəbər verir ki, Argentina və Kolumbiyanın ev sahibliyi edəcəyi turnir yeni formatda keçiriləcək. Avstraliya və Qətər yığmaları 12 komandanın 2 qrupa bölündüyü yarışa dəvət alıblar.
Hər qrupda ilk 4 yeri tutacaq kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar.
A qrupu: Argentina, Avstraliya, Boliviya, Uruqvay, Çili, Paraqvay
B qrupu: Kolumbiya, Braziliya, Qətər, Venesuela, Ekvador, Peru
Qeyd edək ki, yarışın açılış oyunu iyunun 12-də Argentina və Çili komandaları arasında olacaq. Final isə iyulun 12-də baş tutacaq. Turnirin sonuncu qalibi Braziliya millisidir.