UEFA prezidenti Aleksander Çeferin VAR (video-köməkçi hakim) sisteminə neqativ yanaşdığını etiraf edib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner "The Mirror"a açıqlamasında yeni sistemi qarışıqlıq adlandırıb. Onun fikrincə, bir-iki santimetrlik fərqin olduğu epizodu incələmək nəzərə almaq lazım deyil. Çeferin Beynəlxalq Futbol Assosiasiyaları Şurasnına və hakimlərə qaydaları dəyişməyi təklif edəcəklərini diqqətə çatdırıb: "İndi futbolda tam fərqli təzyiq var. Baş hakim meydandadırsa və stadionda 70 - 80 min insan qışqırırsa, müəyyən epizodla bağlı düzgün qərarı London, Berlin və ya başqa yerdə olan yox, məhz siz çıxarmalısınız. Mən fanat deyiləm. VAR-a qarşı çox skeptik mövqedəyəm və indi deyə bilərəm ki, nəticə məni qane etmir. Lakin təəssüf ki, geriyə yol yoxdur".
Qeyd edək ki, hazırda VAR bir çox nüfuzlu yarışda və müxtəlif ölkələrin çempionatlarında tətbiq olunur.