
İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi əsas komandanın baş məşqçisi Xosep Qvardiolaya əvəzləyici axtarmağa başlayıb.
Sportnet.az-ın “The Mirror”a istinadən veriyi məlumata görə, idarəçilər 48 yaşlı ispaniyalı mütəxəssisin rəhbərlik etdiyi kollektivin nəticələrindən narazıdırlar.
“Mançester Siti” Premyer Liqada geridə qalan 16 turdan sonra 32 xalla 3-cü pillədədir və lider “Liverpul”dan 14 xal geri qalır. “Şəhərlilər” Çempionlar Liqasında qrupdan çıxmağı təmin ediblər.
Qvardiola klubla 2021-ci ilin iyununa qədər müqaviləsi var.
Qeyd edək ki, Qvardiola 2016/17 mövsümündən “Mançester Siti”nin baş məşqçisidir. Komanda onun dönəmində 2 dəfə ölkə çempionu olmaqla yanaşı, eyni sayda Liqa Kubokunun, 1 dəfə İngiltərə Kubokunun qalibi adını qazanıb. “Şəhərlilər” həmçinin 2 dəfə İngiltərə Superkubokunu götürüb.