Fransa Futbol Federasiyası əsas millinin baş məşqçisi Didye Deşamla müqavilə müddətini uzatmaqla bağlı razılıq əldə edib.
Sportnet.az “Le Figaro”ya istinadən xəbər verir ki, yeni sözləşməyə əsasən, 51 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmaya rəhbərlik edəcək. Onun hazırkı müqaviləsi AVRO-2020-nin axırınadəkdir.
Qeyd edək ki, Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir. Onun komandası AVRO-2016-nın gümüş medallarını qazandığı halda, DÇ-2018-in qalibi olub.