UEFA Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.
Sportnet.az xəbər verir ki, ən yaxşı futbolçu adına Neymar (PSJ, Fransa), Joau Feliş (“Atletiko”, İspaniya), Qabriel Jesus (“Mançester Siti”, İngiltərə) və Arkadiuş Milik (“Napoli”, İtaliya) iddia edirlər.
Həftənin ən yaxşı qoluna gəlincə, burada səs verməyə Ussem Auar (“Lion”, “Fransa”), Dani Olmo (“Dinamo”, Xorvatiya), Felipe Monteyro (“Atletiko”, İspaniya) və Məhəmməd Salahın (“Liverpul”, İngiltərə) qolları çıxarılıb.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.