FIFA-nın rəsmi saytı Bakıda Orta Asiyanın postsovet ölkələri üçün təşkil olunmuş seminarla bağlı yazı yazı hazırlayıb.
Sportnet.az-ın məlumatına görə, məqalədə tədbirin FIFA-nın 211 üzv ölkəsində bütün mümkün vasitələrlə potensialın genişləndirilməsi və təcrübə mübadiləsi üzrə potensialın dəstəklənməsinə dair xüsusi strategiyası əsasında keçirildiyini vurğulanıb. Təşkilatçıların isə AFFA və FIFA0nln Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki regional inkişaf bürosu olduğu diqqətə çatdırılıb.
Bildirilib ki, 11-12 dekabrda baş tutmuş seminarda Qırğızıstan, Tacikistan, Türkmənisan və Özbəkistan nümayəndələri kifayət qədər ümumi tarixi və mədəni köklərə malik milli assosiasiyalar arasında təcrübə mübadiləsinin stimullaşdırılması əsas məqsədlərdən biri olub.
Tədbirin ilk günü AFFA rəsmilərinin hazırladıqları "FIFA Forward" layihəsi, inkişaf strategiyaları və digər futbol təşkilatları ilə əməkdaşlığa, klublar qarşısında hüquqi tələblərə, liqaların strukturuna, klubların gəlirlərinə, qadın futboluna, texniki inkişafa və elit-məşqlərə həsr olunub. Nümayəndələr peşəkar futbol liqasının problemlərini və rəqabət balansını, habelə, müxtəlif tematik araşdırmaları müzakirə ediblər. "Neftçi"nin prezidenti Kamran Quliyev klubun strukturu, strategiyası və gəlir mənbələri barədə məruzə ilə çıxış edib.
Tədbirin ikinci günündə seminar iştirakçıları Bakıdakı müxtəlif futbol meydanlarına, o cümlədən, "Bakcell Arena", Bakı Olimpiya Stadionu, "Dalğa Arena" və ASCO Arena"ya baş çəkiblər. AFFA rəsmiləri infrastruktur layihələrinin əsas aspektlərini müzakirə edərək, layihə əsasında geniş təcrübə müdadiləsi aparıblar.
Qonaqlar seminarın əhəmiyyətindən bəhs edərək, təşkilatçılara minnətdarlıqlarını bildiriblər ("Report").