AFFA İntizam Komitəsi Gənclər Liqasında çıxış edən "Qarabağ"ın baş məşqçisi Samir Musayevi daha 5 oyunluq cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna mütəxəssisin "Zirə" ilə görüşdə hakimlər briqadasını təhqir etməsi səbəb olub. Dekabrın 11-də baş tutan görüşdə Musayev referilərə qarşı tribunadan qeyri-etik ifadələr işlədib.
Baş məşqçi daha öncə də noyabrın 20-də "Sabah"la görüşdə hakimləri təhqir edib və 5 oyunluq cəza alıb.
Qeyd edək ki, Samir Musayev 2003-2004 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olub.