Leonid Slutski Rusiyanın "Rubin" komandasına baş məşqçi təyin olunub.
Sportnet.az-ın Kazan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 48 yaşlı mütəxəssislə 5 illik müqavilə bağlanılıb. Əvvəllər Slutski Rusiyanın "Moskva", "Krılya Sovetov", MOİK klublarında və millidə, eləcə də İngiltərənin "Hall Siti" və Hollandiyanın "Vitess" komandalarında baş məşqçi kimi çalışıb. O, MOİK-lə 3 dəfə ölkə çempionluğu və kuboku qazanıb. Təcrübəli mütəxəssis ötən ay "Vitess"i uğursuz nəticələrlə əlaqədar tərk edib.
Qeyd edək ki, hazırda "Rubin" Rusiya Premyer Liqasında 19 oyundan 19 xalla 13-cü yerdə gedir.