Rusiya millisinin Azərbaycan əsilli sabiq futbolçusu Aleksandr Səmədov agentlik fəaliyyətinə başlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə keçmiş yarımmüdafiəçinin özü bildirib. O, artıq müştərilərinin də olduğunu bəyan edib: "Siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındır ki, hələlik top futbolçu yoxdur, yavaş-yavaş başlamaq lazımdır. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq".
"Bu ağırdır? Çətin. Bizdə agentlər var, bazar artıq müəyyən insanlar tərəfindən tutulub. Başqa agentlərin mənə nə aidiyyəti? Mənə fərq etməz, onlarla bağlılığım yoxdur. Bəziləri ilə ünsiyyət saxlayıram - mən onları tanıyıram, onlar da məni. Hər kəsin öz yolu var" deyə Səmədov əlavə edib.
Sabiq futbolçu hazırda agentlik qurduqlarını və bu məşğuliyyəti sınaqdan keçirdiklərini söyləyib: "Mətbuata aidiyyətə gəlincə, hər kəsin öz şəraiti və həqiqəti var. Kimsə kölgədə olmaq istəyir, kimsə açıq... Mən öz tərəfimdən hələ ki yalnız öyrənirəm. İndi deyə bilmirəm, mən mətbuata bağlı, yoxsa açıq olacağam".