İspaniyanın "Barselona" klubunun rəhbərliyi hazırkı müqaviləsini uzatmasından ötrü Lionel Messinin nümayəndələri ilə danışıqlara başlamağa hazırlaşır.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, tezliklə klub və 32 yaşlı hücumçunu təmsil edən atası danışıqlar stolu ətrafında əyləşəcək. Messinin hazırkı müqaviləsi 2021-ci ilin iyulunda başa çatır. Kataloniya təmsilçisi yeni müqavilənin 2023-cü ilədək imzalanmasını istəyir.
Argentinalı forvard bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyuna 14 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İspaniya klubu Çempionlar Liqasının 1/8 finalınbda İtaliya "Napoli"si ilə qarşılaşacaq. Hazırda "Barselona" İspaniya La Liqasında liderliyini davam etdirir.