
Futbol üzrə üçqat Azərbaycan çempionu olan Denis Silva Kruzun yeni iş yeri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 33 yaşlı braziliyalı mərkəz müdafiəçisi karyerasını vətənində davam etdirəcək. O, D Seriyasında çıxış edən “San Kaetano” ilə anlaşıb. Sözləşmənin detalları barədə məlumat verilmir.
Qeyd edək ki, Denis Silva “Xəzər Lənkəran” və “Neftçi”nin də formasını geyinib. O, 4 dəfə Azərbaycan Kubokunu da qazanıb.