Çinin PPTV telekanalı Məsut Özil iştirak ərizəsinə düşmədiyi üçün "Arsenal"ın səfərdə "Everton"la keçirdiyi İngiltərə Premyer Liqasının XVIII tur matçını yayımlayıb.
Sportnet.az-ın məlumatına görə, qolsuz yekunlaşmış qarşılaşma yalnız ingiliscə şərhlərlə göstərilib. Belə halın Özilin qarşıdakı görüşlərdən də kənarda qalacağı təqdirdə davam etdiriləcəyi bildirilir.
Türk əsilli yarımmüdafiəçi bu yaxınlarda Çində uyğurların sıxışdırılmasını pisləyib və müsəlmanları bu problemə susmaqda ittiham edib. Sonradan London klubu bəyanatla çıxış edərək, Özilin sosial şəbəkədə yazdıqlarının öz şəxsi fikri olduğunu bildirib. Futbolçunun belə fikirləri səbəbindən Çin telekanalı "Arsenal"ın "Mançester Siti"yə 0:3 hesabı ilə uduzduğu XVII tur matçını ekranlara gətirməyib.