Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Türkiyənin "Kayserispor" komandasının baş məşqçisi olmağa yaxındır.
Sportnet.az "Fotomac"a istinadən xəbər verir ki, klub rəhbərliyinin 50 yaşlı mütəxəssislə danışıqları müsbət yekunlaşmaq üzrədir.
"Kayserispor"un prezidenti Berna Gözbaşının ilk olaraq xorvatiyalı məşqçinin komandaya rəhbərlik etməsini istəyir. Bildirilib ki, klub yaxın vaxtlarda Prosineçkinin təyinatını açıqlaya bilər.
Qeyd edək ki, Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb. Məşqçinin Azərbaycan millisinə də qayıdacağı gündəmdə idi.