“Monako” klubunun rəhbərliyi baş məşqçi Leonardu Jardimi növbəti dəfə istefaya göndərib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni baş məşqçi Robert Moreno təyin edilib. Klub 42 yaşlı mütəxəssislə 2022-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Leonardu Jardim yanvarın sonundan “Monako” komandasına rəhbərlik edirdi. Bu, portuqaliyalı mütəxəssisin knyazlıq təmsilçisinə ikinci gəlişi idi.