
Ötənlərin tanınmış futbolçusu Tyaqo Motta İtaliyanın "Cenoa" komandasının baş məşqçi postundan istefa verib.
Sportnet.az-ın məlumatına görə, əslən braziliyalı 37 yaşlı mütəxəssisi Davide Nikola əvəzləyib. Bu, "Cenoa"da cari mövsüm ərzində üçüncü baş məşqçi dəyişikliyi olub. Motta oktyabrda Aurelio Andreatsollini əvəzləmişdi. Yeni baş məşqçinin rəhbərliyi altında ilk oyun yanvarın 5-də evdə "Sassuolo"ya qarşı olacaq.
Qeyd edək ki, Davide Nikola futbolçu kimi 1992 - 2001-ci illərdə "Cenoa" formasını geyinib. Baş məşqçi kimi isə o, "Lumetsane", "Livorno", "Bari", "Krotone" və "Udineze"yə rəhbərlik edib. Hazırda Genuya komandası A Seriyasında 17 oyundan 11 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.