Argentina yığmasının və "Barselona" komandasının hücumçusu Lionel Messi və Amerika gimnastı Simona Baylz İdman Mətbuatı Beynəlxalq Assosiasiyasının (AIPS) versiyasına görə ilin idmançısı elan ediliblər.
Sportnet.az təşkilatın rəsmi saytına istinadən xəbər verir ki, səsvermədə dünyanın 102 ölkəsindən 331 jurnalist iştirak edib. Messi 13,11 faiz səs toplayaraq keniyalı atlet Eliuda Kipçoqeni (12,01 faiz) üstələyib. İspaniyalı tennisçi Rafael Nadal (9,38%) səsvermədə üçüncü yeri tutub.
Simona Baylz 15,04% səs toplayaraq qadınlar arasında birinci olub. Səsvermənin nəticəsinə görə ikinci yeri Amerikan futbolçusu Meqan Rapino (13,51%) tutub. Üçüncü yerdə yamaykalı atlet Şelli-Enn Freyzer-Prays qərarlaşıb.