İspaniya "Real Madrid"inin yarımmüdafiəçisi Eden Azar Belçikada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Sportnet.az Belçika yığmasının "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu "qırmızı şeytanlar"ın matçlarında 5 qol vurub və 7 məhsuldar ötürmə verib. Yığma seçmə mərhələdə xal itirmədən qrup lideri kimi AVRO-2020-yə yüksəlib.
Belçikalı futbolçu qollar və məhsuldar ötürmələr üzrə mövsümün ən yaxşı oyunçusu olub. O, "Real Madrid"ə yayda keçməsinə baxmayaraq, hələ də istənilən oyunu göstərə bilmir. Futbolçu hazırda zədəlidir.
Qeyd edək ki, Eden Azar həm də ötən mövsüm İngiltərənin "Çelsi" komandasının heyətində Avropa Liqasının qalibi olub. "Zadəganlar" Bakı Olimpiya Stadionunda keçirilmiş final matçında "Arsenal"ı darmadağın edib - 4:1. Qollardan 2-ni Azar vurub.