
İsveç yığmasının sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliyanın “Milan” klubu ilə müqavilə imzalayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə iyunun 30-dək anlaşma əldə olunub. Ona 3,5 milyon avro ödəniləcək.
Müqavilədə komandanın Avropa yarışlarına çıxacağı təqdirdə maliyyə bonusu və bir mövsüm yeniləmə imkanı da nəzərdə tutulur.
Qeyd edək ki, Zlatan İbrahimoviç 2010 - 2012-ci illərdə “Milan”ın formasını geyinib.