
İngiltərə "Mançester Yunayted"inin futbolçuları komanda yoldaşları Pol Poqbanın yaxın vaxtlarda gedəcəyini gözləyirlər.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən məlumatına görə, klub rəhbərliyi fransalı yarımmüdafiəçinin agenti Mino Rayolanın davranışından narahatdır. Rayola "qırmızı şeytanlar"ın Pele və Dieqo Maradona kimi futbolçuların gələcəyini məhv etməyə qadir olduğunu bildirib. O, dünya çempionunun gələcəyi ilə bağlı müntəzəm açıqlamalar verərək, futbolçunun İspaniya "Real Madrid"inə keçmək və ya İtaliya "Yuventus"una keçmək istədiyini vurğulayıb.
Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə müqaviləsi 2021-ci ilin iyununadəkdir. Lakin mankunianların anlaşmanı daha bir il uzatmaq səlahiyyəti var. Hazırda bu klub 21 oyundan 31 xalla 5-ci pillədə qərarlaşıb.