Keşlə komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı zamanı rəqibləri müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanış müddətində 3 oyun nəzərdə tutulub. Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq Tərlan Əhmədovun baş məşqçi olduğu kollektivi bundan 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası sınağa çəkəcək.
Qeyd edək ki, hazırlıq prosesi 12 yanvarda başlanacaq.