Hollandiya futbolunun əfsanəsi Yohan Kroyfun oğlu Yordi Kroyf Ekvador millisinə baş məşqçi təyin olunub.
Sportnet.az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanılıb.
Y.Kroyfun son iş yeri dekabrın ortalarında tərk etdiyi Çinin "Çuntsin Lifan" olub. O, yeni vəzifədə debüt matçını martın 26-da Argentina yığmasına qarşı keçirəcək.
Yayda isə Ekvador millisi Amerika Kubokunda iştirak edəcək.