"Azərbaycan futbolundakı ab-havada da, komandanın özü də xoşuma gəlmədi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah”dan ayrılan Rocer Roxas deyib. Honduraslı hücumçu məyusluğunu gizlətməyib: “Mən orada xoşbəxt deyildim”.
Qeyd edək ki, Rocer Roxas 2019-cu ilin yayında “Sabah”a transfer olunub. Qışda isə onunla müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib. Roxas “Sabah”da 13 oyuna 2 qol vurub.