
"Real Madrid" klubu İspaniya La Liqasında 3 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi XIX turda "Xetafe"ni səfərdə darmadağın edib - 3:0. 34-cü dəqiqədə meydan sahiblərinin qolkiperi David Soriya topu öz qapısına göndərib. 53-cü dəqiqədə Rafael Varan, 90+6-cı dəqiqədə isə Luka Modriç fərqlənib.
Bununla da xallarını 40-a çatdıran "kral klubu" turnir cədvəlində liderliyə yüksəlib. "Xetafe" isə 30 xalla 7-cidir.
Qeyd edək ki, "Real Madrid" əvvəlki qarşılaşmalarında "Atletik" və "Barselona" ilə qolsuz, "Valensiya" ilə 1:1 hesablı heç-heçə edib. "Xetafe" isə "Vilyarreal"a 0:1 hesablı məğlubiyyətlə bitən oyundan sonra ardıcıl ikinci dəfə uduzub.