“Qəbələ” komandası 2019/2020 mövsümünün ikinci yarısının hazırlığına start verib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarından sonra istirahətə yollanan “qırmızı-qaralar” Bakıda bir araya gəlib. Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda hazırlıq keçib.
Məşq prosesinin ilk yarısı arenanın ehtiyat meydançasında baş tutub. Futbolçular yüngül qaçışla kifayətləniblər. Ardınca komanda üzvləri fiziki hazırlıq keçiblər. “Qırmızı-qaralar” məşqlərini bu günün ikinci yarısında davam etdirəcəklər.