Çili milli komandasının və İtaliyanın "İnter" klubunun futbolçusu Aleksis Sançesin ölkəsindəki heykəlinə xuliqanlar tərəfindən zərər verilib.
Sportnet.az-ın məlumatına görə, 32 yaşlı hücumçunun heykəlinin üzü dağıdılıb. Həmçinin heykəlin sağ ayağına ziyan verilib və oyunçunun formasındakı 7 rəqəmi silinib.
Qeyd edək ki, Aleksis Sançes müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsusdur. Onun heykəli 2017-ci ildə quraşdırılıb. Daha öncə İtaliya "Milan"ında çıxış edən Zlatan İbrahimoviçin heykəli aşırılıb.