İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç ABŞ-da çıxış edə bilər.
Sportnet.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi ilə MLS çempionatındakı "Di Si Yunayted" maraqlanır. Klub Modriçlə danışıqlara başlayıb.
Onlar Modriçin yayda ABŞ-a köçməsini istəyirlər.
Qeyd edək ki, Luka Modriçin "Real"la müqavilə müddəti cari mövsümün sonuna qədərdi.