"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Mahir Əmrəlinin legioner həyatı yaşayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Emreli ilə əlaqədar heç bir əcnəbi klubdan təklif almadıqlarını deyib.
Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun Azərbaycan millisinin üzvü ilə maraqlandığı iddia olunur. Bu barədə xəbəri qonşu ölkənin "Fanatik" qəzeti yayıb.