Almaniyanın "Leyptsiq" komandasının futbolçusu Ştefan İlzankerə qarşı zorlama ittihamı üzrə araşdırmalara başlanılıb.
Sportnet.az-ın məlumatına görə, avstriyalı yarımmüdafiəçi ilə bağlı istintaqı Zaltsburq prokurorluğu aparır. İlzankerdən 26 yaşlı qadın şikayət edib. Xanım bildirib ki, futbolçu onu Zaltsburqdakı mənzildə məclis vaxtı zorlayıb.
Oyunçunun vəkili ittihamı rəqdd edərək, qadının ifadəsində ciddi ziddiyyətlərin olduğunu bildirib.
Qeyd edək ki, Ştefan İlzanker "Leyptsiq"ə 2015-ci ilin yayında "Zaltsburq"dan 3 milyon avroya keçib. Bu mövsüm 30 yaşlı futbolçu Almaniya Bundesliqasında 5 oyuna çıxıb.