Azərbaycanın daha 4 klubu Türkiyənin Antalya bölgəsinə yollanıb.
Sportnet.az-ın məlumatına görə, onlardan 3-ü eyni təyyarədə yer alıb. "Qarabağ", "Qəbələ" və "Sumqayıt" Antalyaya birbaşa reyslə uçub. "Keşlə" isə İstanbulda tranzit etməklə səfərə çıxıb.
İlk olaraq, "Zirə" və "Sabah" eyni təyyarə ilə səfərə çıxıb. Onlar artıq ilk yoxlama oyunlarını da keçiriblər. "Neftçi" isə iki gündür Antalyadadır. Tezlikdə "Səbail" də qardaş ölkəyə yollanacaq.