İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.
Sportnet.az "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, 61 yaşlı mütəxəssis çilili yarımmüdafiəçini komandada saxlamaq qərarı verib.
O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Bu isə o deməkdir ki, Vidal ən azı mövsümün sonuna qədər "Barselona"da qalacaq.
Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə Almaniyanın "Bavariya" klubundan "Barselona"ya transfer olunub.