Qış hazırlıqlarını Türkiyədə davam etdirən “Sumqayıt” komandası bu gün növbəti məşqini keçirib.
Sportnet.az xəbər verir ki, məşqdən əvvəl 20 yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anılıb. Baş məşqçi Ayxan Abbasov 20 yanvar hadisələri haqqında futbolçuları məlumatlandırıb.
Təxminən 1 saat 20 dəqiqə davam edən məşq prosesində əvvəlcə fiziki gücün artırılması, daha sonra isə müxtəlif toplu hərəkətlər üzərində çalışılıb.
Qeyd edək ki, “Sumqayıt” yanvarın 21-də Antalyada növbəti yoxlama oyununu keçirəcək. Rəqib Polşa təmsilçisi “Arka” olacaq.