
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu tamamilə sökülüb.
Sportnet.az-ın məlumatına görə, arenanın ərazisi tamamilə beton və taxta tikinti materiallarından təmizlənib. İndi ərazidə yük maşınları torpaq daşımaqla məşğuldur.
Stadionun ərazisi hasara alındığından içəridə çəkiliş aparmaq mümkün olmayıb. Sportnet.az-ın əməkdaşı yalnız çöldən görüntülər apara bilib.
Qeyd edək ki, stadion Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulacaq. Bu məqsədlə ilkin olaraq, 5 milyon manat ayrılıb.