Almaniyanın "Paderborn 07" klubunun futbolçusu Luke Kilian koronavirusa yoluxub.
Sportnet.az xəbər verir ki, bu barədə alman klubunun rəsmi saytı məlumat yayıb.
Qeyd edilir ki, müdafiəçi bir neçə həftə əvvəl matçlardan birində zədə alıb. Bu səbəbdən oyunları buraxıb.
Daha əvvəl Almaniyanın futbol liqasının rəhbərliyi özünün rəsmi saytında koronavirus epidemiyasına görə 26-cı turun təxirə salındığını elan edib.
Qeyd edək ki, Fransanın futbol çempionatı da koronavirusa görə dayandırılıb. Həmçinin İngiltərənin, İspaniyanın, İtaliyanın, Portuqaliyanın və Niderlandın çempionatları, Çempionlar Liqasının və Avropa Liqasının oyunları da dayandırılıb