
İspaniyanın "Barselona" klubunda koronavirusa ilk yoluxma qeydə alınıb.
Sportnet.az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, yoluxma nəticəsində Kataloniya təmsilçisinin Cənubi Amerika üzrə əsas skautu Andre Küri və xanımı xəstələniblər.
Küri arvadı ilə San-Pauloda evdə təcrid edilib. Onlar xəstəxanaya yerləşdirilməyiblər. Bildirilir ki, Andre Küri və xanımı qızdırma dərmanı qəbul etməlidirlər,. Bu halda onların temperaturu qalxmayacaq.