
İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi koronavirusla mübarizəyə 1 milyon avro ayırıb.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, argentinalı hücumçunun verdiyi vəsait Barselonadakı xəstəxana ilə Messinin vətəni Argentinadakı tibb mərkəzi arasında bölüşdürüləcək. Bu pullar lazımi tibbi avadanlıq və mühafizə vasitələrinin alınmasına sərf olunacaq.