İspaniya "Barselona"sı koronavirus pandemiyası ilə əlaqədar bir sıra antiböhran tədbirləri görəcək.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bütün əməkdaşların iş günü və buna mütənasib olaraq əmək haqları azaldılacaq. Bu tədbirlərin əmək qanunvericiliyi və ədalət meyarlarına söykəndiyi və məqsədin klubun fəaliyyətinin mümkün qədər tez yenilənməsi olduğu açıqlanıb.
Bundan başqa, "Barselona”nın idman obyektləri epidemiya müddətində Kataloniya səhiyyəsinin departamentinə keçəcək.
Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb.