İtaliya təmsilçisi “Milan” “Qarabağ” klubunun sabiq qapıçısı Asmir Beqoviçlə yollarını ayıracaq.
Sportnet.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 33 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu İngiltərə "Bornmut"undan almayacaq.
Bosniya və Herseqovina yığmasının üzvü yenidən İngiltərəyə qayıtmalı olacaq. "Bornmut"un isə Beqoviçi heyətində saxlayıb-saxlamayacağı bəlli deyil.
Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.