Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Radamel Falkao koronavirusla mübarizəyə dəstək olub.
Sportnet.az “NTV Spor”a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu İzmir Tepecik Təhsil və Araşdırma xəstəxanasına ianə edib.
Kolumbiyalı oyunçunun köçürdüyü məbləğ xəstəxanadakı səhiyyə işçilərinin ehtiyaclarına yönəldiləcək.
Qeyd edək ki, daha öncə İstanbul təmsilçisinin futbolçularından Fernando Muslera, Florin Andone, Rayan Donk, Selçuk İnan, Ahmet Çalık, Şener Özbayraklı və Emre Akbaba müxtəlif xəstəxanalara ianə ediblər.