Argentina yığmasının keçmiş futbolçusu Dieqo Maradona Folklend müharibəsində həlak olan həmvətənlərinin xatirəsini yad edib.
Sportnet.az xəbər verir ki, bu barədə sabiq hücumçu özünün “Instagram” səhifəsində yazıb. "Sizə eşq olsun, uşaqlar. Biz qürurumuzu itirmədik. Folklend adaları Argentinaya aiddir!" deyə o, bildirib.
Maradona 1986-cı il dünya çempionatının 1/4 final matçında (2:1) İngiltərə yığmasının qapısından əllə keçirdiyi ikinci qola görə üzr istəməkdən imtina edib. Əfsanəvi futbolçu bunu Folklend müharibəsi üçün "simvolik qisas" adlandırıb.
Hər ilin 2 apreli Argentinada "Veteranlar və Folklend müharibəsində həlak olanlar günü" kimi qeyd olunur. Xatirə günü Folklend müharibəsində Böyük Britaniya silahlı qüvvələrinə qarşı döyüşmüş Argentina ordusunun veteranların təntənəli təbrikinə və həlak olmuş hərbi qulluqçularının xatirəsinin yad olunmasına həsr edilib.
Folklend müharibəsi 2 aprel 1982-ci ildə başlayıb və həmin ilin 14 iyununda başa çatıb. Britaniyanın həmin dövrdə baş naziri sonralar “dəmir ledi” ləqəbini almış Marqaret Tetçer olub. O, Folklend müharibəsindən istifadə edərək növbədənkənar seçkilərə gedib və öz hakimiyyətinin ömrünü uzadıb.