İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç nəhəng balıq tutub.
Sportnet.az-ın məlumatına görə, 38 yaşlı hücumçu ovladığı balığı şəxsi "Instagram" səhifəsində paylaşıb. O, "Necə bir gündür!" şərhini yazıb. İbrahimoviçin bu paylaşımı 3 saat ərzində 800 000-dən çox "layk" yığıb. Bəyənənlərdən biri isə "Qarabağ"ın və Azərbaycan millisinin hücumçusu Mahir Emreli olub.
İsveçli forvard bir neçə çəkiliş etdikdən sonra balığı suya buraxıb.
Qeyd edək ki, A Seriyasının matçları koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb. Buna görə də Zlatan İbrahimoviç karantinin yumşaq formada tətbiq olunduğu İsveçə yollanıb.