Braziliyanın "Palmeyras" klubunun futbolçusu Migel Anxel Borxa şok hadisə ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Kolumbiya yığmasının sabiq hücumçusunun inəyi bir qrup narkomanın hücumuna məruz qalıb. Onlar heyvanı zorlayıblar.
"Kimlərsə bir neçə gün öncə inəyimi zorlayaraq, onu yerdə qoyublar. Mən allaha inanıram və inəyimin sağalması üçün dua edirəm. Ümidvaram ki, allah bu insanları cəzalandıracaq" deyə o, şəxsi "Instagram"ında yazıb.
Qeyd edək ki, zoofillərdən ibarət qruplaşma üzvləri narkotik maddələr qəbul edir və özlərini rayonun sahibi adlandırırlar. Kolumbiyada koronavirus pandemiyası üzündən kriminal vəziyyət daha da pisləşib.